Çempionlar liqasında 1/4 finalın daha bir görüşü Portuqaliyada keçiriləcək. “Benfika” azarkeşləri önündə “İnter”lə üz-üzə gələcək. 1965-ci ildə keçirilən Avropa kubokunun final matçında “İnter” 1:0 hesablı qələbə qazanmışdı. İtaliya təmsilçisi 1/8 finalda digər Portuqaliya klubu “Portu”nu 2 oyunun nəticəsinə əsasən 1:0 hesabilə məğlub edərək mərhələ adlayıb. “Benfika” isə “Brügge”ni mübarizədən kənarlaşdırmışdı. Portuqaliya təmsilçisinin heyətindən Nikolas Otamendi və Aleksandr Ba bu oyunda meydanda olmayacaqlar.

Görüşdən əvvəl “Benfika”nın baş məşqçisi Rocer Şmidt komandaların eyni şanslara malik olduğunu söyləyib: “ Bizi çox çətin oyun gözləyir. “İnter” hər an təhlükə yarada biləcək, keyfiyyətli futbolçulara sahibdir. Mütəxəssislər “İnter”i favorit hesab etsə də mən şansları bərabər dəyərləndirirəm. İlk oyunda qeydə alınan nəticə matçın taleyinə böyük təsir göstərəcək. Çalışacağıq ki, yaxşı oyun göstərib azarkeşlərimiz sevindirək”.

İnterin heyətində isə əsas itki Hakan Çalhanoğlunun yoxluğu ilə bağlıdır. Baş məşqçi Simone İnzagi motivasiya və ruh yüksəkliyinin qalibi müəyyənləşdirəcək əsas amil olacağını bildirib: “Çempionlar Liqası digər turnirlərdən fərqlənir. Burada komandanın fiziki hazırlığı ilə yanaşı motivasiya da qələbəyə təkan verir. Bu mərhələdə asan rəqib olmur. Benfika bizim üçün arzuolunmaz rəqibdir. Səfər matçında qazanılacaq istənilən qələbə bizə böyük üstünlük verəcək. Azarkeşləri çox baxımlı oyunun gözlədiyini deyə bilərəm”.

Xatırladaq ki, “Benfika” – “İnter” matçı bu gün saat 23:00-də başlanacaq. Görüşü ingiltərəli Maykl Oliverin başçılq etdiyi hakimlər briqadası idarə edəcək.